Logo

Yuri Vaksman 62 yaşında vəfat edib

28.03.2024 14:00 141 baxış
IMG

Rusiyalı aktyor və prodüser Yuri Vaksman 62 yaşında vəfat edib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə həmtəsisçisi və direktoru olduğu Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrından məlumat bildirilib.

“Gecə məlum oldu ki, Yaroslavl teatr və kinosunun əfsanəsi, prodüser, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya filmlərində və seriallarındakı çoxsaylı rolu ilə geniş ictimaiyyət tərəfindən sevilən Yuri Mixayloviç Vaksman 62 yaşında bizi tərk etdi”, - deyə məlumatda bildirilib.

Vaksmanın yaradıcısı olduğu “Yarsinema” kinokompaniyası Yaroslavlda “Slovo patsana” serialının çəkilişlərinin təşkilinə dəstək göstərib.

Aktyorun filmoqrafiyasına 100-dən çox əsər, o cümlədən “Molodyojka” serialındakı “Nikolay Şulman”, “Gecə gözətçiləri” filmindəki “Kondakov” və “Gənc canavar iti” filmindəki “Malıqa” obrazları daxildir.

Xəbər lenti