Logo

“Azərbaycanda vətənpərvər gənc nəsil yetişib”

11.04.2021 13:59 232 baxış
IMG

Ağdam Rayon Təhsil Şöbəsinin (RTŞ) məsləhətçisi Sevinc Bayramovanın təşkilatçılığı ilə “Azərbaycanda vətənpərvər gənc nəsil yetişib” adlı onlayn tədbir keçirilib.

 

Rayon təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə RTŞ-nin müdiri Mətanət Misirxanova çıxış edərək bugünkü gənc nəsli vətənpərvər ruhda böyüdən müəllim və valideynlərə  öz təşəkkürünü çatdırıb.

 

Bildirib ki,  vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi uğurlarda da xüsusi rolu və əməyi var. Belə ki, peşəkar gənclərimiz artıq tibb sahəsində, elm və təhsildə, idmanda, innovasiyaların və müasir texnologiyaların tətbiqi işində böyük uğurlara nail olublar.

 

Çıxışlardan sonra şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.

 

Şakir CƏFƏROV

Xəbər lenti