Logo

Mərkəzi Elmi Kitabxananın fonduna yeni daxil edilən nəşrlərin sərgisi keçirilir - FOTO

22.04.2024 13:20 101 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) fonda yeni daxil edilən nəşrlərin sərgisi keçirilir.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verib.

Aprel ayı ərzində davam edəcək sərgidə “Böyük qayıdış: postmüharibə dövründə siyasət və etika məsələləri”, “Vətənim mənim”, “Şuşa-Suziana mixiyazılı abidələrinin dili”, “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız”, “Borçalı nahiyəsinin kameral təsviri”, “Qanunvericilik lüğəti” (2 cilddə), “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyəti haqqında: hesabat”(2 cilddə), “Linqvistik tipologiya”, “Azərbaycan dilində felin tərz kateqoriyası”, “Talış dilinin leksikası”, “Təsviri və dekorativ tətbiqi sənət məsələləri xüsusi buraxılış”, “Sənayenin avtomatlaşdırılmasının əsasları”, “Kommunikasiya prosesində qeyri- verbal ünsiyyət vasitələrinin rolu”, “Bir taleli iki insan”, “Marketinq strategiyası”, “Sosial psixologiya” və s. nəşrlər yer alıb.

Sərgidə, Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə bədii ədəbiyyat nümunələri, şəxsi inkişaf və psixologiya, görkəmli şəxsiyyətlərə həsr olunmuş avtobioqrafik əsərlər, dünya şəhərləri və mədəniyyət mərkəzləri haqqında maraqlı faktların və məlumatların yer aldığı kitablar, jurnallar da nümayiş olunur.

Xəbər lenti