Logo

Şirvan-Salyan RTİ-nin yeni müdiri kimdir? – Tərcümeyi-hal

21.04.2025 11:23 798 baxış
IMG

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Rəşad Musayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb.

2002-2005-ci illərdə Təhsil Problemləri İnstitutunda baş metodist, 2005-2006-cı illərdə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2006-2019-cu illər Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi, 2019-2022-ci illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri olub.

Xəbər lenti