Logo

BSU-da “Autizm Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib

18.04.2025 16:07 84 baxış
IMG

Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) “Autizm Aylığı” çərçivəsində təşkil olunmuş tədbirlər planına uyğun olaraq maarifləndirici seminar keçirilib. BSU-nun “Müqayisəli dilçilik” ixtisaslaşması üzrə II tədris ilində təhsil alan Lamiyə Mirzəyevanın təqdimatında baş tutan seminar “Stasionar şəraitdə təhsilin təşkili” mövzusuna həsr olunub.

Lamiyə Mirzəyeva çıxışı zamanı inklüziv təhsilin mahiyyəti, onun həyata keçirilməsinin əsas prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verib. O, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil prosesinə cəlb olunması zamanı qarşıya çıxan çətinliklər, onların sosial mühitə adaptasiyası, təlim prosesində istifadə olunan texnologiyalar mövzularına toxunub. Eyni zamanda, L.Mirzəyeva stasionar şəraitdə inklüziv təhsil prinsiplərinə əsaslanan təhsilin təşkili modelinin təcrübədə tətbiqi zamanı əldə olunan uğurlu nəticələr və real həyat hekayələri ilə seminar iştirakçılarını tanış edib.

Tədbirin sonunda Lamiyə Mirzəyeva elmi yanaşması, araşdırma bacarığı və mövzuya dair əhatəli təqdimatına görə BSU-nun rektoru Anar Nağıyev tərəfindən təşəkkürnamə ilə təltif olunub.

 

 

 


 

Xəbər lenti