"STEAM Azərbaycan" komandası 5-14 yaşlı şagirdləri “Interstellar Energy Quest” adlı beynəlxalq onlayn robototexnika yarışına dəvət edir.
TƏHSİL.BİZ xəbər verir ki, bu yarışda uşaqlar MatataStudio robotları ilə ulduzlararası enerji mənbələrini araşdıracaq, sirli planetləri kəşf edəcək və yaradıcı tapşırıqları yerinə yetirərək qalaktikanın qəhrəmanına çevriləcəklər.
Format: Onlayn
Yaş qrupu: Kiçiklər qrupu (5-10 yaş), böyüklər qrupu (10-14 yaş).
Yarışın qaydaları ilə linkə daxil olaraq tanış ola bilərsiniz: http://bit.ly/42CCmPk