Logo

Britaniya institutunun nümayəndələri BANM-də olublar

07.05.2025 11:35 103 baxış
IMG

Böyük Britaniyanın Mexanika Mühəndisləri İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, “IMechE”nin Beynəlxalq Könüllülər Şəbəkəsinin Yaxın Şərq və Afrika üzrə sədri Dr. Məhəmməd Unib, “IMechE”nin Azərbaycan və Gürcüstan üzrə ölkə nümayəndəsi Ceyhun Əlizadə və “IMechE”nin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Mehdi Mehdizadə üçün kampus turu təşkil olunub.

BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Ali Məktəbin elmi-tədris mühiti, tələbə imkanları və mühəndislik sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıqlar müzakirə olunub. 

 

 

 

 


 

Xəbər lenti