Logo

ADPU -nun Filologiya fakültəsində kitab təqdimatı keçirilib

06.05.2025 22:25 54 baxış
IMG

ADPU-nun Filologiya fakültəsində universitetimizin məzunu filologiya üzrə fəlsəfə doktoru Mehriban Abdullayevanın müəllifi olduğu "Практика устной речи", "Азербайджанский язык как иностранный" və "Русско-Азербайджанский разговорник" adlı kitablarının təqdimat mərasimi keçirilmişdir.


Tədbirdə Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Xarici Dillər Mərkəzinin professor-müəllim heyəti, tələbələr və respublikanın ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Açılış nitqi ilə çıxış edən dosent Könül Həsənova kitabların Azərbaycan dilinin xarici auditoriyaya düzgün, sistemli və səmərəli şəkildə tədrisi baxımından çox mühüm bir addım olduğunu qeyd etmişdir.

Təqdimat zamanı müəllif Mehriban Abdullayeva kitabların ərsəyə gəlmə prosesi, onların xarici auditoriyaya yönəlik əhəmiyyəti və Azərbaycan dilinin xarici dil kimi tədrisindəki rolu barədə ətraflı məlumat vermişdir.

Çıxış edənlər qeyd etmişlər ki, bu nəşrlər həm dil öyrənmək istəyən əcnəbilər, həm də müəllimlər üçün faydalı vəsait kimi qiymətləndirilə bilər. Təqdim olunan kitablar Azərbaycan dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə xidmət edən mühüm resurslar sırasındadır.

Xəbər lenti