Logo

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib

06.05.2025 21:42 42 baxış
IMG

Aprelin 27-də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -a bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.azsaytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final turu mayın 31-də keçiriləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sual üzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənn müsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdim olunacaq.

Yarımfinal turun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] ünvanına yazılı şəkildə göndərilməlidir.

Xəbər lenti