Logo

BSU-da “Ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi“ adlı təlim keçirilib

06.05.2025 16:40 70 baxış
IMG

 

Mayın 5-də Bakı Slavyan Universitetində (BSU) akademik məsləhətçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Gülnarə Həsənovanın təqdimatında “Ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi“ adlı təlim keçirilib.

Təlimin məqsədi iştirakçılara tələbələrlə daha səmərəli və anlayışlı ünsiyyət qurmaq üçün həm nəzəri bilikləri, həm də praktiki bacarıqları aşılamaq olub.

Təlim müddətində iştirakçılar interaktiv müzakirələr aparıb, praktiki tapşırıqlar və real situasiya nümunələri üzərində işləməklə kommunikasiya sahəsində mühüm bacarıqlar əldə ediblər.

 

Xəbər lenti