Logo

Şərqşünaslıq İnstitutunun əməkdaşı Havanada keçirilən konfransda məruzə edib

07.05.2025 14:43 51 baxış
IMG

Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Kubanın Havana şəhərində keçirilmiş X Beynəlxalq Latın Amerika Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, F.Nəsirova konfransda “Dini motivlərin əxlaqi-didaktik istiqamətlənmədə rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dinlər tarixində baş verən hadisələr, peyğəmbərlər və əshabələrinin ibrətamiz həyat hekayələrinin ədəbiyyat üçün ideya-tematik mənbə olması ilə yanaşı, uşaqların təlim-tərbiyəsindəki əvəzsiz rolundan bəhs edilib. Bədii yaradıcılıq nümunələrində dini motivlərə müraciətin əsas səbəblərindən biri kimi ədəbiyyatın başlıca məramı ilə dinin prioritet məqsəd və vəzifələrinin üst-üstə düşməsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Tədqiqat predmeti kimi İran uşaq ədəbiyyatının tanınmış simalarından olan Möhsin Hicrinin “Bənövşələr zərifliyində atəş“ hekayələr toplusuna müraciət edilib.

Xəbər lenti