“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.
TƏHSİL.BİZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, eyni zamanda “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilib.
Həmçinin “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və "Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilib.
Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.
Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI
Sıra №-si | Mədəni və yaradıcı sənaye (MYS) sahələri | İFNT üzrə kodu |
İqtisadi fəaliyyət növünün* adı |
1. |
Mədəni irs | 91020 | Muzeylərin fəaliyyəti |
91030 | Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət | ||
2. | Arxiv və kitabxanalar | 91010 | Kitabxana və arxivlərin fəaliyyəti |
3. | Kitablar, nəşriyyat və mətbuat | 18110 | Qəzetlərin çap edilməsi |
18121 | Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi | ||
18130 | Çap işlərinin hazırlanması | ||
18140 | Cildləmə və bəzək işləri | ||
47610 | İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı | ||
47620 | İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı | ||
58110 | Kitab nəşri | ||
58130 | Qəzet nəşri | ||
58140 | Jurnal və dövri nəşrlərin dərc edilməsi | ||
63910 | Məlumat agentliklərinin fəaliyyəti | ||
74300 | Tərcümə üzrə xidmətlər (yazılı və şifahi) | ||
4. | Təsviri sənətlər | 74100 | İxtisaslaşdırılmış dizayn fəaliyyəti |
74200 | Fotoqrafiya sahəsində fəaliyyət | ||
90030 | İncəsənətin sair sahələri üzrə fəaliyyət | ||
5. | İfa sənətləri | 32200 | Musiqi alətlərinin istehsalı |
90010 | Səhnə sənəti | ||
90020 | Səhnə sənəti sahəsində yardımçı fəaliyyət | ||
90040 | Teatr və konsert zallarının fəaliyyəti | ||
6. | Audiovizual fəaliyyət və multimedia | 18201 | Səs yazılarının surətinin çıxarılması |
18202 | Videoyazıların surətinin çıxarılması | ||
18203 | Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması | ||
47630 | İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı | ||
58210 | Kompüter oyunlarının nəşri | ||
59110 | Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət |
2
59120 | Kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra fəaliyyət (yığılması) | ||
59130 | Kinofilmlərin, video və televiziya proqramlarının yayımı ilə əlaqədar fəaliyyət | ||
59140 | Kinofilmlərin nümayişi ilə əlaqədar fəaliyyət | ||
59200 | Səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət | ||
60100 | Radioverilişlərin translyasiya edilməsi | ||
60200 | Televiziya proqramlarının tərtib edilməsi və televerilişlərin translyasiya edilməsi | ||
77220 | Videolentlərin və disklərin kirayəsi | ||
7. | Memarlıq | 71111 | Memarlıq sahəsində fəaliyyət |
8. | Reklam işi | 73110 | Reklam agentliklərinin fəaliyyəti |
9. | Əl işləri sənətkarlığı | 32120 | Zərgərlik məmulatlarının istehsalı |
10. | Mədəniyyət sahəsi üzrə təhsil | 85520 | Mədəniyyət sahəsində təhsil fəaliyyəti |
* Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.
Qeyd. Bu siyahıdan əsas fəaliyyəti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən hüquqi və fiziki şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.
Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) SİYAHISI
MT üzrə kod | Peşələrin (vəzifələrin) adı* |
2161 | Tikinti üzrə memarlar |
2162 | Mənzərə üzrə memarlar |
2163 | Məhsul və geyim üzrə dizaynerlər |
2164 | Şəhərsalanlar və nəqliyyat qovşaqlarının layihəçiləri |
2165 | Kartoqraflar və topoqraflar |
2166 | Rəssam-tərtibatçılar və multimedia dizaynerləri |
2353 | Sair dil müəllimləri |
2354 | Sair musiqi müəllimləri |
2355 | Sair incəsənət müəllimləri |
2621 | Arxivçilər və muzey mühafizəçiləri |
2622 | Kitabxanaçılar və informasiya ilə əlaqədar bir-birinə yaxın peşələrin peşəkar mütəxəssisləri |
2641 | Yazıçılar |
2642 | Jurnalistlər |
2643 | Yazılı və şifahi tərcüməçilər |
2651 | Təsviri incəsənət ustaları |
2652 | Bəstəkarlar, musiqiçilər və müğənnilər |
2653 | Xoreoqraflar və rəqqaslar |
2654 | Kino, teatr rejissorları və bunlara yaxın incəsənət xadimləri |
2655 | Aktyorlar |
2656 | Radio, televiziya diktorları və sair diktorlar |
2659 | Digər ibtidai qruplara daxil olmayan incəsənət xadimləri |
3431 | Fotoqraflar |
3432 | Tərtibatçılar və dizaynerlər |
3433 | Teatr, muzey və kitabxanalarda köməkçi heyət |
3435 | Mədəniyyət və incəsənət sahəsində sair köməkçi heyət |
3521 | Audiovizual və radio, televiziya verilişləri üçün aparatların operatorları |
4411 | Kitabxana işçiləri |
7312 | Musiqi alətlərini hazırlayanlar və sazlayanlar |
7313 | Zərgərlik bəzək əşyalarının və qiymətli metallardan məmulatların hazırlanması üzrə ustalar |
7314 | Dulusçular və oxşar peşə fəhlələri |
7315 | Şüşəni formaya salanlar, taraşlayıcılar, cilalayıcılar və pardaqlayıcılar |
7316 | Dekorasiya rəssamları, oymaçılar və s. |
2
7317 | Ağacdan və hörmə materiallardan nəfis məmulatlar hazırlayanlar |
7318 | Parça, gön və oxşar materiallardan bədii məmulat hazırlayanlar |
7319 | Digər ibtidai qruplara daxil edilməyən nəfis məmulatlar hazırlayanlar |
*Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı “Məşğulluq Təsnifatı”na (AZT041-2010) uyğun olaraq verilmişdir.