Logo

Şəhid övladı beynəlxalq olimpiadada birinci oldu

17.04.2025 14:38 129 baxış
IMG

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, Araz Şadmanov 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.

Qeyd edək ki, Sidneydə keçirilən beynəlxalq olimpiadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdiriblər. 

Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə edib.

 

 

 


 

Xəbər lenti