“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 8-də paytaxtdakı 336 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı Aqil Abbas olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.