Logo

Doktorantlar üçün növbəti seminar keçirilib

06.05.2025 08:42 19 baxış
IMG

Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədilə “Dissertasiyada riyazi-statistik metodlardan istifadə” mövzusunda növbəti seminar keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, seminarda məruzəçi kimi Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı çıxış edib. O, dissertasiya işlərində statistik yanaşmaların əhəmiyyətindən, riyazi modelləşdirmə üsullarından və bu metodların tədqiqatların obyektivliyinə və elmi əsaslandırılmasına verdiyi töhfədən bəhs edib.

Seminarda iştirakçılar üçün təqdim olunan praktiki nümunələr, riyazi-statistik metodların dissertasiya yazılışında necə tətbiq oluna biləcəyi aydın şəkildə göstərilib və tədqiqatçılar üçün faydalı istiqamətlər müəyyən edilib. Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar öz suallarını səsləndirərək, elmi yanaşmalarla bağlı ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, seminarların təşkili doktorant və dissertantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, metodoloji hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

 


 

Xəbər lenti