SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) MBA proqramı üzrə “Açıq qapı” günü keçirilib.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, MBA Mərkəzinin müdiri Cahan İsmayılova tədbir iştirakçılarına proqram çərçivəsində təklif olunan ixtisaslar, keçid balları, təhsil haqqı, sənəd qəbulu prosesi və dərslərin təşkil olunma vaxtı barədə geniş təqdimat edib.
Tədbirdə MBA proqramının məzunları – Fərəc Qasımov və Orxan Məmmədli də çıxış edərək, təhsil müddətində qazandıqları bilik və bacarıqlardan, eləcə də karyera inkişaflarında proqramın oynadığı roldan danışıblar. Onlar gələcəyin tələbələrinə öz tövsiyələrini verərək proqramdan maksimum yararlanmağın yollarını bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlar BANM-in Ağ şəhərdə yerləşən müasir kampusu ilə tanış olublar.