Logo

Natəvan Dəmirçioğlunun “Açar” romanının akademik müzakirəsinə həsr olunan elmi sessiya keçirilib

30.04.2025 17:24 73 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Mahmud Kaşğari adına Beynəlxalq Fond və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun “Açar” romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı mövzusunda elmi sessiya keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə MEK-dən məlumat verilib. Elmi sessiyada “Açar” romanının bədii xüsusiyyətləri, yaradıcılıq keyfiyyəti, dil-üslub quruluşu, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və müasir ədəbiyyatımızda yeri məsələsi müzakirə edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, deputat Elçin Mirzəbəyli, Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör, Ədəbiyyat İnstitutun şöbə müdiri professor Asif Rüstəmli, aparıcı elmi işçi dosent Fidan Nizaməddinqızı, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri dosent Elçin İsmayılov və başqaları çıxış ediblər.

Qeyd olunub ki, “Açar” romanı həm dilinin canlılığı, həm də nəsr ilə dramaturgiyanın estetik harmoniyası baxımından seçilir. Əsərin dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və psixoloji səciyyə daşıyır. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində ümumbəşəri problem olduğu aydınlaşır. Şərti metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verib və nəticədə çoxplanlı, çoxqütblü, çoxproblemli bir əsər yaranıb.

Xəbər lenti