Logo

BDU nümayəndələrinin “Grand Agro Invitro” şirkətində işgüzar görüşü

24.04.2025 12:20 76 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova və laboratoriyanın elmi işçisi Elvira Təhməzli “Grand Agro Invitro” şirkətində olublar.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

Görüş zamanı BDU nümayəndələri şirkətin rəhbəri Ramil Əlməmmədov, satış və marketinq üzrə rəhbər Oktay Mehdiyev, İnsan resursları şöbəsinin rəhbəri Könül Paşayeva və laboratoriya istehsalatı üzrə rəhbər Çingiz Balazadə ilə görüşüblər.

BDU əməkdaşları şirkətin fəaliyyəti, istehsal prosesi və mövcud texnoloji imkanları ilə yerində tanış olub, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş zamanı gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi və innovativ təşəbbüslərin reallaşdırılması istiqamətində ilkin razılaşmalar əldə olunub.

Bu cür görüşlər universitet-sənaye əməkdaşlığının inkişafına təkan verir, elmi biliklərin tətbiqi, gənc mütəxəssislərin təcrübə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


 

Xəbər lenti