Mayın 1-dən ümumtəhsil məktəblərinin birinci siniflərinə qeydiyyat başlayır.
TƏHSİL.BİZ xəbər verir ki, proses sentyabrın 12-dək davam edəcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may - 12 sentyabr tarixlərində aparılacaq.
Tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibə üçün qeydiyyat 6-20 may tarixlərində olacaq. Müsahibələr 12-31 may tarixlərində təşkil ediləcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dən sentyabr 12-dək mümkün olacaq.
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may - 5 iyun, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun - 17 iyul tarixlərində aparılacaq. Qeyd edək ki, müddət başa çatdıqdan sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq.