Logo

Azərbaycanda PISA qiymətləndirməsi tam elektronlaşdırılacaq

24.04.2025 16:59 46 baxış
IMG

“Azərbaycanda PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) qiymətləndirməsi tamamilə elektron formatda və ölkə üzrə 240-a yaxın təhsil müəssisəsində həyata keçiriləcək. Bu qiymətləndirmə 2009-cu il təvəllüdlü, yəni 15 yaşlı şagirdlər üçün nəzərdə tutulub”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Təhsil TV-nin "360 dərəcə təhsil" verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.

O bildirib ki, aprelin 29-dan başlayaraq PISA qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmə regionlarda və Bakı şəhərində növbəli şəkildə təşkil olunacaq və 8 minə yaxın şagirdi əhatə edəcək.

Fidan Nəcəfovanın sözlərinə görə, əsas məqsəd şagirdlərin oxuma, oxuduğunu anlama, mətnlər əsasında tənqidi düşünmə, riyazi fikirləri formalaşdırma və qərarvermə bacarıqlarını ölçməkdir. Qiymətləndirmə müxtəlif sosial, mədəni və gündəlik həyatdan götürülmüş situasiyalarda onların davranış və düşüncə tərzini beynəlxalq səviyyədə müqayisə etməyə imkan verir.

Xəbər lenti