Aprelin 25-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.
TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.