Azərbaycan İlahiyyat İnstitutunda təşkil edilən “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransının materialları çapdan çıxıb.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, nəşrdə “İctimai həmrəylik ideyası və dini-mənəvi dəyərlərin əhəmiyyəti: Heydər Əliyevin dövlət siyasəti müstəvisində fəlsəfi-etik təhlil”, “Qloballaşan dünyada mədəniyyətlərarası dialoq zərurəti və Azərbaycan təcrübəsinin əhəmiyyəti”, “Heydər Əliyevin fenomenal şəxsiyyəti və mədəni abidələrin qorunub-saxlanılmasında rolu” kimi məqalələr təqdim olunub. Topluda “Cənubi Azərbaycanda xalqlar dostluğu və dini-multikultural ideyalara dair (“Azərbaycan” qəzetinin (ADF) materialları əsasında)”; “Ümummilli Liderin din siyasəti: dinlərarası dialoq vasitəsilə dini təhlükəsizliyə nail olunması”; “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Heydər Əliyev siyasəti: tolerantlıq nümunəsi”, “İslam baxışında dinlərarası dialoqun mənəvi əsasları”, “Fransada dövlət–din münasibətlərinin tarixi”, “Dövlət və din münasibətlərinin tarixi aspektləri”, “Multikultural və dini dəyərlərin formalaşmasında Heydər Əliyev siyasətinin rolu”, “Azərbaycanda dövlət–din münasibətləri”, “Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri” başlıqlı məqalələr də yer alıb.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd tarix və müasirlik baxımından Azərbaycanda dövlət–din münasibətləri, tolerantlıq və multikulturalizmin mahiyyəti, Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri, multikultural dəyərlərin formalaşmasında təhsilin rolu, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və digər aktual məsələləri elmi təhlilə cəlb etmək olub.