Logo

“Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verilir

25.04.2025 14:39 67 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən (GDRTİ) “Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsi davam edir. 

İdarədən TƏHSİL.BİZ -ə bildirilib ki, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və digər işçilərin, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi ilə keçirilən müsabiqəyə mühazirələrin qəbulu 1 may tarixinədək davam edəcəkdir.

Müsabiqədə GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məktəb direktorları istisna olmaqla bütün təhsil işçiləri iştirak edə bilərlər. 

Müsabiqəyə təqdim ediləcək mühazirələr bu linkdəki mövzularda və ya sərbəst mövzuda ola bilər.

Təqdim edilən mühazirə Word formatında “Arial”  12  şrifti  ilə  A4 soldan – 25 mm, sağdan – ən azı 8 mm, yuxarıdan – 20 mm, aşağıdan azı 19 mm olmaqla 500-1000 söz intervalında olmalı və [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ mühazirələrin elektron formada qəbulu, həmin mühazirələrin orijinallığı və uyğunluğu (müəllif tərəfindən yazıldığı), mühazirə formatına uyğun yazıldığı yoxlanıldıqdan sonra, növbəti mərhələdə həmin mühazirələri yazan şəxs tərəfindən təqdimat versiyasında geniş auditoriya qarşısında təqdim ediləcəkdir. Yekunda ən yaxşı mühazirə və təqdimat hazırlayan şəxs müsabiqə qalibi olaraq müəyyənləşəcəkdir.

Müsabiqə qalibləri mükafatlandırılacaqdır.

 


 

Xəbər lenti