Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
BŞTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 131 namizəd iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, müsahibə mərhələsində namizədə vəzifəyə uyğun müvafiq meyarlar üzrə açıq və praktik suallar verilib. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.