Logo

“Müasir metodist” layihəsi çərçivəsində vebinar təşkil olunub

28.04.2025 17:10 34 baxış
IMG

ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində müxtəlif regionların ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistələrə peşəkar dəstək məqsədilə “Sinfin idarə olunmasında “Oyun metodu”” mövzusunda növbəti vebinar keçirilib.

Bu barədə ARTİ-dən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, 24 aprel tarixində baş tutan vebinarın birinci hissəsində “Sinif nədir?, Sinfin idarə olunmasına təsir edən amillər hansılardır?, Sinfin idarə olunması modelləri nələrdir?” kimi mühüm mövzular ətrafında müzakirə aparılıb, metodistlərin təcrübələri dinlənilib.

Vebinarın ikinci hissəsində şagirdlərdə öyrənməyə motivasiya yaradan, sosial bacarıqlarını inkişaf etdirən, onlarda müsbət davranışlar formalaşdıran, fiziki və zehni yorğunluğu aradan qaldıran “Oyun metodu”nun faydalarından bəhs olunub, əyani nümunələr göstərilib.

Qarşılıqlı əməkdaşlıq mühitində baş tutan vebinarda tədris zamanı oyunlardan istifadənin təhsilalanların psixoloji rifahını yaxşılaşdırdığı, dərsə marağı artırdığı, müəllim-şagird və şagird-şagird münasibətlərini möhkəmləndirdiyi, təlim prosesinin daha da səmərəli keçdiyi qənaətinə gəlinib.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir. Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.

 

 

 

 


 

Xəbər lenti