Logo

Tələbələrə Əfşarlar və Qacarlar dövründən mühazirə oxunub

23.04.2025 14:57 46 baxış
IMG

Aprelin 23-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsinin müdiri dosent Tahirə Həsənzadə tələbələr üçün “Əfşarlar və Qacarlar dövrünün azərbaycanlı ictimai və siyasi xadimləri” mövzusunda mühazirə oxuyub.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Alim Azərbaycan tarixində dərin iz qoymuş Əfşarlar və Qacarlar imperiyaları dövründən, bu dövrün azərbaycanlı ictimai və siyasi xadimlərindən, onların fəaliyyətindən bəhs edib, çıxışında tarixi şəxsiyyətlərin sitatlarından misallar çəkib. Məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti