Logo

“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr edilib

23.04.2025 11:41 46 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib.

Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, http://www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür.

Xəbər lenti