Bakı Dövlət Universitetinin (BDU) komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Yasamal rayonu üzrə şahmat turnirində I yeri qazanıb.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qaliblər diplom və hədiyyələrlə təltif ediliblər. Şahmat turniri Bakı Şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən keçirilib.