Logo

“SOCAR Türkiyə” və Kolumbiya Qlobal Mərkəzinin rəhbər şəxsləri BANM-də olublar

22.04.2025 12:28 27 baxış
IMG

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov, eləcə də Kolumbiya Qlobal Mərkəzinin qurucusu və rəhbəri İpek Cem Tahanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqların rektor Elmar Qasımovla görüşü zamanı təhsil, sənaye əməkdaşlığı və beynəlxalq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti tələbələrlə interaktiv görüş keçirib. Görüş zamanı tələbələrin suallarını cavablandıran Elçin İbadov və İpek Cem Taha öz peşəkar fəaliyyət yolları, qazandıqları təcrübələr və uğur hekayələri barədə məlumat veriblər.

Sonda Elçin İbadova və İpek Cem Tahaya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Xəbər lenti