Müasir dünyada əqli mülkiyyətin əhəmiyyəti və rolu dayanmadan artır. Son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb. Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdən bir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Əqli Mülkiyyət Agnetliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan ərazilər haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfransa dair keçirdiyi brifinqdə söyləyib.
Agentliyin rəhbəri bildirib ki, bugünkü əqli mülkiyyət artıq müstəqil hüquqi seqment deyil, qeyri-maddi aktivlər kompleksinə çevrilir və bu yeni trend müəssisələr tərəfindən artım üçün, ölkələr tərəfindən isə inkişaf üçün istifadə olunur.
“Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon. ədədə yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35,0 faiz, Şimali Amerika 8,8 faizLatın Amerika, Karib hövzəsi və Okeaniya – 2,7 faiz olub. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”, - deyə Agentlik rəhbəri bildirib.