Logo

Qazax-Tovuz Regional Təhsil İdasinin müdiri kollektivə təqdim olunub

22.04.2025 15:36 49 baxış
IMG

Aprelin 22-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovu kollektivə təqdim edib. 

TƏHSİL.BİZ  xəbər verir ki, Eşqi Bağırov yeni təyin olunan idarə müdirini təbrik edib və idarənin gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.  O, qarşıda duran əsas vəzifələrə toxunaraq regionda təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini diqqətə çatdırıb. 

Bununla yanaşı, idarənin fəaliyyətində şəffaflığın, vətəndaşlar üçün əlçatanlığın təmin olunmasının əsas prioritetlərdən olduğunu vurğulayıb. 

Daha sonra Vüqar Dadaşov ona göstərilən etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib. 

 

 

 

 


 

Xəbər lenti