Logo

Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Cizzax Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Ədəbi əlaqələr- yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilmişdir

22.04.2025 15:13 42 baxış
IMG

Təqdimatda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Özbəkistan universitetlərinin professor-müəllim heyəti iştirak etmişdir.

Antologiyada Azərbaycan və Özbəkistandan filologiya və pedaqogika sahələrində çalışan 88 elm adamının məqaləsi yer almışdır. Kitabın ön sözü Cizzax Dövlət Pedaqoji Universitetinin rektoru professor Şövkət Şərifov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya aiddir.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rekroru professor Cəfər Cəfərov qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan yalnız ortaq tarixi və mədəni köklərlə bağlı olan ölkələr deyil, eyni zamanda dərin və zəngin ədəbi əlaqələrə malik dost xalqlardır. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsidir və bu yaxınlıq onların ədəbiyyatında da aydın şəkildə əks olunur.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında vurğulamışdır ki, ədəbi əməkdaşlığın daha da inkişafı üçün atılan hər bir addım türk dünyasının ədəbi birliyinə töhfə olacaqdır.

Təqdimat zamanı ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovaya Mamun Universitetinin Fəxri doktoru diplomu təqdim edilmişdir.

Təqdimat Özbəkistan universitetlərinin professor-müəllim heyəti ilə ədəbi əlaqələr mövzusunda diskussiya şəklində davam etmişdir.

 

 

 


 

Xəbər lenti