Logo

MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən sərgi hazırlanıb

23.04.2025 12:02 75 baxış
IMG

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) eyniadlı sərgi təşkil edilib.

Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, MEK-in fondlarındakı nəşrlər əsasında təşkil edilən sərgidə “Müəllif hüququ”, “Kitabxanaşünaslığın tarixi və metodologiyası”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Kitabxanaşünaslığa giriş”, “Kitabın bədii və texniki tərtibatı”, “Kitabxana işinə dair rəsmi sənədlər”, “Azərbaycan kitabxana ensiklopediyası”, “Nəşriyyat işi və redaktə məsələləri” və digər nəşrlər var.

Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və informasiya bülleteni də yer alıb.

Məlumat üçün bildirək ki, bu əlamətdar gün UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. 1996-cı ildən etibarən bu əlamətdar gün bütün dünyada qeyd olunur. Azərbaycanda isə 1997-ci ildən qeyd edilir.

Xəbər lenti