Logo

İnformatika üzrə RFO-nun sınaq imtahanı keçiriləcək

22.04.2025 12:41 25 baxış
IMG

İnformatika fənni üzrə Respublika fənn olimpiadalarının final turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, informatika fənni üzrə ötən tədris ilində final turunda təqdim edilmiş suallar əsasında onlayn formatda sınaq imtahanı təşkil olunacaq. 

Bildirilir ki, sınaq imtahanını təşkil etməkdə məqsəd şagirdlərin final mərhələsinə hazırlıq prosesinə dəstək olmaqdan ibarətdir. Şagirdlər istədikləri vaxt təqdim edilmiş suallardan ibarət olimpiadaya daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər.

Sınaq mərhələnin nəticələri heç bir halda final turuna təsir etmir və şagirdlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi məqsədi ilə təqdim edilir.

Müvafiq keçidə daxil olmaqla sınaq imtahanında iştirak edə bilərsiniz: https://codeany.org/az/catalogue/rfo2023-2024-finals

Xəbər lenti