“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün I intellektual marafon keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin əməkdaşı, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Aysu Əmrahova marafonda kapitanlar arasında “Ən rəqabətçi oyunçu” seçilərək mükafata layiq görülüb.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.
Qeyd edək ki, Aysu Əmrahova 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış kiçik çavuş Saməddin Əmrahovun övladıdır.