Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov səfər çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Elmar Qasımov Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici ilə görüşüb.
BANM-da yeni açılmış Data Analitikası ixtisası çərçivəsində kurikulumların hazırlanması, kadr potensialının gücləndirilməsi, professor-müəllim heyəti üçün təlimlərin təşkili, həmçinin dərsliklərlə təminat sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.
Eləcə də Sabancı Universitetində təhsil alan BANM tələbələri Murad Əsədzadə və Sahib Rzayev ilə görüş olub.