Logo

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

28.04.2025 11:50 27 baxış
IMG

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, namizədlər buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Bildirilir ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Xəbər lenti