Logo

“Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” - təlim

28.04.2025 12:05 27 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və “BDU könüllüləri”nin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə həyata keçirilib.

Təlimin əsas məqsədi tələbələrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında geniş məlumat vermək, onların bu istiqamətdə bilik və təşəbbüskarlığını artırmaq, eləcə də universitetdə dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılmasına dəstək göstərməkdir.

Çıxışı zamanı Asiman İlyasov tələbələri dayanıqlı inkişaf təşəbbüslərində daha fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, tələbələrin bu sahədə fəaliyyəti universitetin ümumi inkişaf strategiyasına əhəmiyyətli töhfə verir.

İştirakçılar müxtəlif təşəbbüs və ideyalarla çıxış edərək, ictimaiyyətə yönəlmiş maarifləndirmə kampaniyalarının təşkili, sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürüblər.

Xəbər lenti