7-11 aprel 2025-ci il tarixlərində ADPU-nun Quba filialının bir qrup əməkdaşı SDU-nun Filologiya fakültəsində “Məktəbəqədər təhsil” ixtisası üzrə təcrübə mübadiləsində iştirak edib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, proqram universitetlərarası əməkdaşlığın inkişafına yönəlib.
Təcrübə çərçivəsində dərs prosesini müşahidə edən iştirakçılar elmi-pedaqoji müzakirələr aparıb, Sumqayıtdakı uşaq bağçalarında tələbələrin məşğələlərində iştirak ediblər.
Aprelin 11-də keçirilən yekun görüşdə təəssüratlarını bölüşən iştirakçılar rəhbərliyə yaradılan şəraitə görə təşəkkür ediblər.