Logo

BSU-da elmi məqalələrin yazılması ilə bağlı interaktiv təlim keçirilib

26.04.2025 13:58 52 baxış
IMG

 

Bakı Slavyan Universitetində (BSU) “Elmi məqalələrin yazılmasında ədəbiyyat araşdırmasının rolu və mənbələrdən effektiv istifadə” mövzusunda interaktiv təlim təşkil olunub.

Təlimdə universitetin müxtəlif fakültələrindən tələbələr, magistrantlar və müəllim heyəti iştirak ediblər. Tədbir interaktiv formatda həyata keçirilib, iştirakçılarla müzakirələr aparılıb və nümunələr üzərində təhlillər təqdim olunub.
Təlimçi,təhsil eksperti, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) şöbə müdiri Tavad Muradlı elmi məqalə yazılışının mərhələləri, ədəbiyyatların sistemləşdirilməsi, istinad normaları və plagiatın qarşısının alınması yolları barədə ətraflı məlumat verib. O, həmçinin Google Scholar, Scopus, Web of Science kimi beynəlxalq elmi bazalardan effektiv istifadə üsullarını iştirakçıların diqqətinə çatdırıb.

 

Xəbər lenti