Logo

Nazir müavini: Cari tədris ilində 79 autizmli uşaq inklüziv təhsilə cəlb olunub

24.04.2025 11:49 37 baxış
IMG

“Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin əvvəllərində ölkəmizdə 3.012 nəfər autizm spektr pozuntusu olan uşaq qeydiyyata alınıb. 2024–2025-ci tədris ilində isə 79 nəfər autizmli uşaq ümumtəhsil məktəblərində yaşıdları ilə birgə inklüziv təhsilə cəlb olunub”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransı zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

O bildirib ki, uzun illər ərzində digər inkişaf fərqlilikləri olan uşaqlarda olduğu kimi, autizm spektr pozuntusu olan uşaqların da təhsili, əsasən, ayrıca və xüsusi təhsil müəssisələrində həyata keçirilirdi. Biz bu yanaşmanın şahidi olmuşuq. Lakin bu gün inklüziv təhsilin inkişafı sayəsində artıq bu uşaqların da ümumi təhsil mühitinə inteqrasiyası reallaşır. Bu təkcə təhsil deyil, həm də cəmiyyətə inteqrasiyanın mühüm bir mərhələsidir:

“Autizm spektr pozuntusu olan şəxslər də daxil olmaqla, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan dövləti 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasını ratifikasiya edib. Bu sənəddə nəzərdə tutulan tələblər əsasında sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin, o cümlədən autizmli şəxslərin digər həmyaşları ilə birlikdə, ayrı-seçkilik edilmədən, bərabər şəkildə təhsil almalarını təmin edən inklüziv təhsil modelinin tətbiqi hüquqi əsas olaraq təsbit edilib”.

Xəbər lenti