Logo

AzTU-da “Açıq qapı” günü keçirilib

29.04.2025 16:01 62 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “Açıq qapı” günündə 500-dən çox ziyarətçi iştirak edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə yuxarı sinif şagirdləri, onların müəllimləri və valideynləri, həmçinin təhsil ekspertləri iştirak ediblər. “Açıq qapı” günündə universitetin qarşısında fakültələrin, tələbə təşkilatlarının və struktur bölmələrinin stendləri və tələbələrin startapları nümayiş olunub.

Əvvəlcə fakültələrin stendində dekanlar və kafedra müdirləri ziyarətçilərə görülən işlər, layihələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları barədə ətraflı məlumat veriblər. Həmçinin abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra AzTU-nun abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədlinin iştirakı ilə şagirdlərin AzTU-nun laboratoriyaları və mərkəzlərinə ekskursiyası təşkil olunub. Abituriyentlər laboratoriyalarda qurulan dəzgah və avadanlıqlarla əyani tanış olub, mərkəzlərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə ediblər.

 

 

 

 


 

Xəbər lenti