Logo

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

02.05.2025 08:29 63 baxış
IMG

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika fənn olimpiadasında informatika fənni üzrə qalib olub.

Bu barədə TƏHSİL.BİZ -ə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə informatika fənni üzrə III yerin qalibi olub.

Qeyd edək ki, bu Muxtar Respublikada  informatika fənni üzrə qazanılan ilk medaldır. 

Məlumat üçün bildirək ki, istedadlı şagird Oruc Cabbarlı Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunub.

Xəbər lenti