Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda baş direktor vəzifəsini icra edən dosent Zaur İmrani ilə Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Olqa Lopatovskaya arasında görüş keçirilib.
Coğrafiya İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə İrkutsk Dövlət Universitetinin Coğrafiya fakültəsi ilə elmi əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə konfransların təşkili məsələləri müzakirə edilib.
Görüşdə müəssisələr arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanması haqqında ilkin razılıq əldə olunub.