Logo

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

01.05.2025 10:11 32 baxış
IMG

Aprelin 30-da Radiasiya Problemləri İnstitutunun gənc laboratoriya müdirləri ilə görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə alimlər tərəfindən “innovativ ionlaşdırıcı şüa” sahəsi üzrə həyata keçirilən beynəlxalq layihələr, patentləşdirilmiş və sonra müxtəlif sahələrdə tətbiq olunan ixtiralar barədə məlumat verilib.

Həmçinin laboratoriyaların şəraiti, cihaz və avadanlıqların işlənmə intensivliyi və nəticələri barədə müzakirələr aparılıb.

Sonda gənc alimlər elmi nəşrlərin səmərəliliyinin artırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və radioekologiya sahəsi üzrə yeni tətbiq imkanlarından istifadə barədə təkliflər veriblər.

 


 

Xəbər lenti