ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Filoloqun oxu həftəsi” layihəsində
AZD2304B qrup tələbələri ilə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları müzakirə edilmişdir.
Debat formasında keçirilən müzakirədə tələbələrin məntiqli çıxışları və cavabları müsabiqə komissiyasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.
Müzakirənin sonunda fəal iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.