Logo

Gəncədə “Karyera festivalı” keçiriləcək

02.05.2025 15:14 85 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində (AzTU) buraxılış kurs tələbələri üçün “Karyera festivalı” təşkil olunacaq. 

AzTU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, mayın 13-14-də baş tutacaq festivalın ilk günündə əmək yarmarkası və karyera təlimləri, növbəti gündə isə “Karyera forumu” keçiriləcək. Əmək yarmarkasında müxtəlif dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir. Tələbələr bu müəssisələrin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq işə qəbul imkanları, vakant yerlər və əmək bazarının tələbləri barədə ətraflı məlumat əldə edəcəklər.

Karyera təlimləri zamanı iştirakçılara CV hazırlama qaydaları, müsahibə bacarıqları, işə qəbul prosesində uğur qazanma yolları kimi mövzularda praktiki bilgilər veriləcək. Forumda isə əmək bazarının aktual məsələləri, gənclərin məşğulluğu və karyera planlaması ilə bağlı müzakirələr aparılacaq.

Tədbirin əsas məqsədi tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olmaq, onların potensial işəgötürənlərlə əlaqələrini gücləndirmək və karyera inkişafına yönəlmiş bacarıqlarını artırmaqdır. Onu da əlavə edək ki, əvvəlki illərdən fərqli olaraq, builki festival son buraxılış kurs tələbələri üçün nəzərdə tutulub.

“Karyera festivalı” Azərbaycan Texnologiya Universitetinin əsas binasında təşkil olunacaq.

 


 

Xəbər lenti