Logo

“Üzeyir Hacıbəyli və musiqi mirası” mövzusunda tədbir keçirilib

02.05.2025 13:01 99 baxış
IMG

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” mövzusunda tədbir keçirilib.

Nazirlikdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə şagirdlərin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirin keçirilməsində məqsəd dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyini, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Musiqili-ədəbi proqramı izləyənlər sırasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı Mehriban Vəliyeva və digər rəsmilər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri olub. Konsert tədbirində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 400 nəfərdən çox tələbə də tamaşaçı qismində iştirak edib.

Xəbər lenti