Logo

Naxçıvanda kitab sərgisi keçiriləcək

02.05.2025 14:20 105 baxış
IMG

Mayın 9-11-də Naxçıvan şəhərində “Naxçıvan kitab sərgisi 2025” ( BookFest) keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, sərgi çərçivəsində tanınmış yazarların iştirakı ilə panel müzakirələr təşkil olunacaq. 

Eyni zamanda, oxucularla görüşlər və “İmza günləri” keçiriləcək, zəngin çeşiddə kitab satışı imkanı yaradılacaq. 

Naxçıvan Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə keçirilən kitab sərgisi şəhərin “Saat meydanı”nda baş tutacaq.

 


 

Xəbər lenti