Logo

Qəbul imtahanlarına qeydiyyat bitdi - STATİSTİKA

02.05.2025 09:57 148 baxış
IMG

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.
 

TƏHSİL.BİZ qeydiyyatdan keçənlərin statistikasını təqdim edir:

I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.

Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

2024-cü ilin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 30150 nəfər;
II ixtisas qrupu: 23957 nəfər;
III ixtisas qrupu: 25146 nəfər;
IV ixtisas qrupu: 5929 nəfər.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 130569 nəfər elektron ərizə qəbulunda iştirak edib.

Onlardan 91886 nəfər I,II,III və IV ixtisas qrupları üzrə I cəhd blok imtahanında qeydiyyat keçib.

"130569 nəfərin bir qismi I cəhddə deyil, birbaşa II cəhd blok imtahanında iştirak edəcək ki, bu da ixtisas qrupları üzrə rəqabətliliyi daha da artıracaq", - o deyib.

Ekspert ötən illə müqayisədə abituriyent artımının sayını da açıqlayıb:

"Ötən illə mqayisədə builki artım aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə: 987 nəfər;
II ixtisas qrupu üzrə: 2000 nəfər;
III ixtisas qrupu üzrə: 3124 nəfər;
IV ixtisas qrupu üzrə: 593 nəfər".

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Xəbər lenti